"Axtarışa veriləcəyim yenidən gündəmə gətirilib"

"Axtarışa veriləcəyim yenidən gündəmə gətirilib"
1489 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəqsanə İsmayılovanın polis tərəfindən axtarışa verildiyi və tutulacağı barədə xəbər özünü doğrultmasa da mövzu gündəmdən düşmür.

Axşam.az-ın məlumatına görə, haqqında yenidən yazılan xəbərlərə narahat olan sənətçi onlara aydınlıq gətirib:
 
“Dünən barəmdə yazılan növbəti xəbərdə  axtarışa veriləcəyim yenidən gündəmə gətirilib. Bunun hansı faktlara söykəndiyini bilmirəm. Amma mətbuat işçilərindən ricam budur ki, barəmdə bu və ya digər xəbəri dəlili olmadan yazmasınlar. Hər gün efirə qoşuluram, mətbuat nümayəndələri, sosial şəbəkədəki insanlarla ünsiyyətdə oluram. Yəni, normal həyatıma davam edirəm.

Azayev qardaşları ilə mənim problemimin hazırda  istintaq işi aparılır . Hər iki tərəfin işin gedişatı barədə danışmağa ixtiyarı yoxdur.  Mayda Bakıya gələcəm və istintaqı aparan şəxslərlə görüşəcəm. Məsləhət olarsa, bu barədə açıqlama verəcəm.
Məhkəmə qərarı olmadan, mənim axtarışa verilməyim, tutulacağım barədə gündəmdən düşməyən yalançı xəbərlər ictimaiyyət arasında xoş qarşılanmır.
Buna görə də haqqımda sübutu olmayan xəbərlərin yazılmasının əleyhinəyəm”.