"Narahat olmayın, özümü də yerbəyer edəcəm" (Video)

"Narahat olmayın, özümü də yerbəyer edəcəm" (Video)
1869 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva oğlu Orxanın toyundan danışıb. 

Bir həftə əvvəl - 19 apreldə oğluna toy eləyən İlhamə xanım ANS TV-nin "Günə baxan" verilişində toyun olduqca möhtəşəm keçdiyini deyib:
 
"Allah hər kəsin övladına bu toydan qismət eləsin. Bu toyda mən biraz da cavanlaşdım. Oğlumun toyu doğrudan çox möhtəşəm idi. Çox gözəl, möhtəşəm bir arzudur".

İlhamə Quliyeva verilişin aparıcısı İlqar Mikayıloğlunun sualına gülərək maraqlı cavab verib: "Narahat olmayın, özümü də yerbəyer edəcəm".

Orxanın toyunda iştirak edən bütün qonaqlara efir vasitəsilə təşəkkürünü bildirən müğənni dövlət işçilərinin adlarını çəkmək istəməyib.

Xalq artisti yaradıcılığından da söz açıb: "Bu il mənim yubileyimdir. Bu yubileylə əlaqədar bölgələrdə solo hesabat silsilə konsertlərim olacaq. Rusiyada möhtəşəm konsertim olacaq. Ən azı iki klip çəkdirəcəm".

Mənbə: anspress