Aybəniz Haşımova və qızını parodiya etdilər

Aybəniz Haşımova və qızını parodiya etdilər
7036 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən “Bakılı oğlanlar" komandasının çoxdandır gözlənilən “Hər gün sirk” tamaşası baş tutub.

Axşam.az-ın məlumatına görə, aktyorlar Tahir və Cabir İmanov, Bəhram Bağırzadə, Emil Abbasov, Azər Məmmədzadə və başqaları bir-birindən maraqlı səhnələri ilə tamaşaçıları heyran edib.

Bu dəfə onlar əməkdar artist Aybəniz Haşımova, qızı Aynişan Quliyeva, “Ay Zaur” verilişinin aparıcısı Zaur Kamal, Bakı meri Hacıbala Abıtalıbov və digərlərini parodiya ediblər.

Aparıcılığını aktyor Əkbər Əlizadənin etdiyi tamaşanı izləyənlər arasında xalq artistləri İlhamə Quliyeva, Alim Qasımov, şoumen Murad Dadaşov, qarmon ifaçısı Aftandil İsrafilov və başqaları yer alıb. 

Şou-proqramdan hazırlanmış süjeti həftənin çərşənbə axşamı saat 23:00-da “ATV” telekanalında yayımlanan “Onlar" verilişində, Ayselin hazırladığı süjetdə izləyə bilərsiniz.