Beynəlxalq jurnalda Azərbaycan miniatürləri haqda məqalə dərc edilib

Beynəlxalq jurnalda Azərbaycan miniatürləri haqda məqalə dərc edilib
1350 dəfə oxunub
  • A-
  • A
  • A+

Məqalədə miniatür boyakarlığının ən qiymətli və mürəkkəb əsərlərindən olan “Kəlilə və Dimnə” miniatür silsiləsi barədə məlumat verilərək onun Təbriz miniatür məktəbinə təsiri araşdırılır

Axşam.az-ın az.Baku-art.com saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ağasəlim Əfəndiyev və sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin Azərbaycan miniatürləri haqqında yazdıqları birgə məqalə “İrs- Nasledie” beynəlxalq jurnalının rus dilində nəşr olunan növbəti nömrəsində dərc edilib.