Mahsun Kırmızıgül Bakıdadır – foto

Mahsun Kırmızıgül Bakıdadır – foto
2123 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktyor, rejissor və müğənni Mahsun Kırmızıgül Bakıdadır.

Axşam.az-ın məlumatına görə, o, bu gün “28 Cinema”da müəllifi olduğu “Möcüzə” filmini sevənləri ilə birlikdə izləyəcək. M.Kırmızıgüllə yanaşı, paytaxtımıza “Kurtlar vadisi” serialının Zaza dayısı – Əli Sürməli də gəlib. Onlar media nümayəndələrinin suallarını cavablandırıb, pərəstişkarları ilə şəkillər çəkdirəcəklər.

M.Kırmızıgül Bakıya gələrkən hava limanında çəkdirdiyi fotonu sosial şəbəkədə  paylaşaraq “Azərbaycan, Bakı” sözlərini yazıb.