Bakıda polislə sərxoş qadınlar mübahisə etdi - video

Bakıda polislə sərxoş qadınlar mübahisə etdi - video
1858 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda sərxoş sürücülərə qarşı növbəti reyd keçirib.

Axşam.az oxu.az-a istinadən xəbər verir ki, reyd zamanı 99 AX 134 dövlət nömrə nişanlı “Kia Rio” markalı avtomobilin sürücüsünün sərxoş olmasından şübhələnən DYP əməkdaşları sürücüyə “saxla” əmri verib.

Reyd zamanı məlum olub ki, “Kia Rio” markalı avtomobili idarə edən xanım sürücü və onun rəfiqəsi olan sərnişini sərxoş olub.

Polis tərəfindən saxlanılan sərxoş xanımlar DYP əməkdaşları ilə mübahisə edib, öz tanışlarına zəng vuraraq məsələni yerində həll etməyə çalışıblar. Lakin yol polisləri sərxoş xanım sürücünü tibbi ekspertizaya, avtomobili isə cərimə meydançasına göndəriblər.

Saxlanılan sürücü tibbi ekspertizadan keçirildikdən sonra barəsində hüquqi ölçü götürülüb.

Qeyd edək ki, hadisəni “Avtostop” verilişinin gecə növbətçisi Səməd Ağayev lentə alıb.