İzzət: “Kişi evdədir, arvadı qəlyan çəkməkdə”

İzzət: “Kişi evdədir, arvadı qəlyan çəkməkdə”
2114 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İzzət Bağırov ailədə kişi-qadın münasibətinin dəyişdiyini deyib.

Axşam.az-ın məlumatına görə, ifaçı “Hər şey daxil” verilişində gənc ailələrdən şikayətlənib:

“İndi ailələrdə üstünlüyü qadın ələ keçirib. Hansısa məclisə gedəndə kənardan baxıram, qadın kişini idarə edir. Geyimindən tutmuş, danışığına qədər hər şeyi xanım ələ alıb. İndi az ailə var ki, orada kişinin hökmü üstünlük təşkil edir”.

İfaçı qadınların avtomobil sürmələrinə müsbət yanaşdığını deyib:

“Xanımların avtomobil sürməsinə pis baxmıram. Avtobusda, metroda əzilə-əzilə getməkdənsə, işləyən qadının maşın sürməsi yaxşıdır. Amma bəzən qızlar var ki, avtomobili əyləncə xətrinə idarə edirlər. Kişi axşam saat 8-də evdədir, arvadı rəfiqələriylə klubda, qəlyan çəkməkdə. Nədi ki, özünün maşını var. Bu cür ailə olmur”.