Umayra Tağıyevaya yeni vəzifə verildi

Umayra Tağıyevaya yeni vəzifə verildi
2737 dəfə oxunub
  • A-
  • A
  • A+
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun keşmiş direktoru Umayra Tağıyeva yeni vəzifəyə təyin edilib.

Axşam.az Trend-ə istinadən xəbər verir ki, sabıq direktor Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun iqlim və aqroiqlim şöbəsində artıq aparıcı mütəxəssis kimi fəaliyyətə başlayıb.

U.Tağıyeva bu institutda elmi iş müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Qeyd edək ki, U.Tağıyevə öz xahişi ilə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsindən azad edilib. Bu vəzifə hazırda baş hidroloq Asif Verdiyevə həvalə edilib.