"Soyuducunu doldurmaq üçün işləyirik" - Elariz

"Soyuducunu doldurmaq üçün işləyirik" - Elariz
1166 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elariz Məmmədoğlu “Gün üzü” verilişində ailəsindən bəhs edib.

Axşam.az-ın məlumatına görə, o, evdə büdcəni özünün idarə etdiyini deyib:

“Evdə büdcə həmişə mənim əlimdə olub. Buna görə peşmanlıq çəkməmişəm. Çünki xanımın pul xərcləyərkən hüdudu yoxdur. Elə hal olmayıb ki, qızım, xanımım və oğlanlarımın hansısa istəyinə yox deyim. Pulum az olanda da demişəm, beş gün sonra edərəm. Övladlarım təhsil alıb, ailə quranı var. Əgər büdcə qadının əlində olsaydı, beş paltarı varsa, onu on beş etmək istəyəcəkdi. Hətta 50 paltar alsa da, yenisini tələb edəcək. Evə gətirdiyim pulu Quran kitabının yanına qoyuram. Bununla da evin gündəlik xərclərini qarşılayırıq. İndi ancaq soyuducunu doldurmaq üçün işləyirik".