Gəlinlər qayınanalara qarşı - Bakıda

Gəlinlər qayınanalara qarşı - Bakıda
2619 dəfə oxunub
  • A-
  • A
  • A+

“Space” telekanalında “Gəlinlər və qayınanalar” adlı yeni veriliş başlayır.

Axşam.az-ın məlumatına görə, verilişdə gəlinlər və qayınanalardan ibarət üç komanda yarışacaq. İştirakçılar arasında müxtəlif viktorinalar keçiriləcək və qalib gələnlər mükafatlandırılacaq.

Proqramda qayınanalar öz gəlinləri, gəlinlər isə öz qayınanaları haqda fikirlərini bölüşəcəklər, bir-birlərinin sevdikləri və ya bəyənmədikləri xüsusiyyətlərindən danışacaqlar.

Fevralın 16-dan həftə içi hər gün saat 11:00-da yayımlanacaq verilişin aparıcısı İqrar Eyvazovdur.