Sevinc Çılğın kitab satacaq

Sevinc Çılğın kitab satacaq
1857 dəfə oxunub
  • A-
  • A
  • A+
"Qanun" nəşriyyatı ənənəvi kitab yarmarkasını davam etdirir.

Axşam.az xəbər verir ki, 5-8 Fevral tarixində Park Bulvar Ticarət mərkəzində nəşriyyatın yarmarkası keçiriləcək. Yarmarkada yazar Sevinc Çılğın da iştirak edəcək.

Sevinc xanım həm kitab satacaq, həm arzu edənlərə kitab imzalayacaq, həm də yeni şeirlərini səsləndirəcək.

S.Çılğın fevralın 5-də saat 19:00 - 20:00 arası yarmarkanın qonaq iştirakçısı olacaq.

Qeyd edək ki, oxucular yarmarkada "Qanun"un yeni nəşrləri ilə birgə nəşriyyatın öncəki kitablarını 20 faiz endirimlə əldə edə biləcəklər.

qaynar.info