Azərbaycanlı müğənni 1 aya 14 kiloqram arıqladı

Azərbaycanlı müğənni 1 aya 14 kiloqram arıqladı
4536 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Lətifə Soyuöz ana olduqdan sonra 14 kiloqram arıqlayıb.

Bu haqda Axşam.az-a danışan ifaçı yediklərinə diqqət etdiyini deyib:

“Bu çəkini 1 ayın içində atdım. Hamiləlik vaxtı çalışırdım az yeyim, qəbul etdiklərimə diqqət yetirim. Daha çox meyvə, tərəvəz və suda bişmiş ət yeyirdim. İndi də qidama fikir verirəm. İdmana getməyə hazırlaşıram”.

Yaradıcılığından danışan L.Soyuöz tezliklə yeni layihə ilə "partlayış" edəcəyini bildirib.

Qeyd edək ki, ötən ilin dekabrında sənətçinin oğlu olub. O, övladına Arif adını qoyub.