“Qarşı tərəfdən diqqət görməyəndə ondan soyuyursan”

“Qarşı tərəfdən diqqət görməyəndə ondan soyuyursan”
2016 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Vəfa Zeynalovanın fikrincə, ailədə qayğını daha çox kişi çəkməlidir.
 
Axşam.az-ın məlumatına görə, aktrisa “Günaydın” verilişində bunu evin bəyinin vəzifəsi olduğunu deyib:
“Atanın öz övladlarına, xanımına diqqəti çox vacibdir. Çünki qarşı tərəfdən diqqət görməyəndə ondan soyuyursan, pessimist olursan. Sənət adamlarının uşaqları öz valideynlərindən daha çox qayğı istəyirlər. Tanınmış biri öz sevgisini hamıyla bölüşür, övladlarına vaxt ayıra bilmir. Ona görə də, onların uşaqlarında qısqanclıq yaranır. Bu səbəbdən uşaqlara qarşı diqqəti artırmaq lazımdır”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi hər gün saat 14:20-də “Space” kanalında yayımlanır.