Daha bir azərbaycanlı "O səs Türkiyə"dən ayrıldı - video

Daha bir azərbaycanlı "O səs Türkiyə"dən ayrıldı -  video
2074 dəfə oxunub
  • A-
  • A
  • A+
"O səs Türkiyə"də "Son seçimlər" mərhələsi başlayıb.

Axşam.az-ın məlumatına görə, Ebru Gündeşin komandasında olan həmyerlimiz Məltəm Abbasova səhnəyə çıxıb. O, Lara Fabianin repertuarından "Adagio" mahnısını səsləndirib. Məltəmin ifası münsiflər tərəfindən bəyənilsə də, nəticəni tamaşaçı səsverməsi bəlli edib.

Məltəm daha az səs faizi yığaraq Hadisənin yarışmaçısı Sarperə uduzub.

Qeyd edək ki, TV8 telekanalında Acun İlicalının aparıcı olduğu səs yarışmasının münsiflər heyətində məşhur müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alır.