"Keçmişdən zəng" tamaşası

"Keçmişdən zəng" tamaşası
593 dəfə oxunub
  • A-
  • A
  • A+
Saat 19:00. Biletin qiyməti 6-10 AZN.

Ukraynalı yazar Anatoli Krımın eyniadlı pyesi əsasında gənc rejissor ƏR-Toğrulun quruluşunda hazırlanmış «Keçmişdən zəng» tamaşası.
 
Pyesi Azərbaycan dilinə Dilsuz tərcümə edib.

Janrı «birhissəli tragikomik virtual oyun» kimi müəyyənləşdirilmiş tamaşa üzərində çalışan yaradıcı heyətin çoxu gənclərdir.

Quruluşçu rəssam Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssam Rafael Həsənov, rejissor assistenti Xanım Həsənovadır.

Səhnə əsərində rolları əməkdar artist Sevinc Əliyeva (Qadın), aktyorlar Rəşad Bəxtiyarov (Eynəkli) və Elnar Qarayev (Kişi) ifa edirlər.

Tamaşanın qısa süjeti belədir:

Eynəkli xaker 15 il əvvəl onu aldadan arvadı və dostundan aldığı mənəvi zərbədən sarsılır. O, bu sarsıntıdan qurtarmaq üçün «keçmişdən zəng» adlı virtual oyun qurur və dostu ilə arvadını da bu oyuna iştirakçı edir.

Oyun vasitəsilə Eynəkli mənəvi əzabdan qurtulur...

Oyunun sonunda o, köhnə həyatından qalan bütün xatirələri silir və yeni həyata başlayır. 

Tamaşanın xronometrajı 75 dəqiqədir.