Sibel Can Bakıya gəlmək üçün nə tələb edib?

Sibel Can Bakıya gəlmək üçün nə tələb edib?
3118 dəfə oxunub
  • A-
  • A
  • A+

Təşkilatçı Nahid Emiloğlu Bakıda konsertini təşkil etdiyi müğənnilərin tələblərindən danışıb.

Axşam.az-ın məlumatına görə, o, “ATV maqazin” verilişinə açıqlamasında Sibel Canın mənzərəsi olan otaq istədiyini deyib:

“Hər müğənninin özəl istəyi olur. Sibel Can qalacağı otağın geniş, şəhər mənzərəli olmasını tələb edib.
Sərdar Ortaç kaprizli müğənni deyil. Onun tələbi yaxşı yeməklər, rahat otaqdır. Bəzi təşkilatçılar elə şərait yaradırlar ki, Bakıya gələn qonaq havalarda olur, kaprizlər edir. Konsertlər üçün müğənniyə fantastik qonorar verirlər”.

Xatırladaq ki, Sibel Can iyunun 7-də Qəbələdə, Sərdar Ortaç isə mayın 25-də “Buta Palace”da konsert verəcək.