"Mən bir okenam" - Elza Seyidcahan

"Mən bir okenam" -  Elza Seyidcahan
1069 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elza Seyidcahan “Heyvanların müdafiəsi üçün” təşkil edilən tədbirə dəvət olunmamasından narazılıq edib. 

Axşam.az-ın məlumatına görə, o, “ATV maqazin” verilişinə açıqlamasında hər kəsin onun ideyalarından istifadə etdiyini deyib:

“Bu tədbirdən xəbərim yoxdur. Heç olmasa gərək qeyd etsinlər ki, biz Elza xanımın aksiyasına qoşulduq. Hər zaman demişəm ki, mən okeanam. Yeniliklər edirəm və hər kəs də bundan bəhrələnir. Okeandan növbəti damlanı da götürdülər. Amma mənim okeanımın suyu qurumur”.