Röya jurnalistlərə mahnı həsr edib

Röya jurnalistlərə mahnı həsr edib
1100 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Röya Türkiyədə “Bəlkə də” mahnısının çox sevildiyindən danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi 106.3 FM-də yayımlanan “Müleyli” verilişində bu bəstəni hətta Tarkanın da ifa etmək istədiyini deyib:

“Bu mahnını türk dilində, yeni aranjimanda ifa edəcəm. Menecerim dedi ki, “Bəlkə də” bütün türk hitlərini geridə qoyacaq. Bunu mütləq Türkiyədə oxumalısan. “Gəmiçilər”dən sonra təqdim edəcəyim bəstə məhz bu olacaq. Bəstəkar Pərviz Mahmudovun adıçəkilən mahnısını hətta Tarkan da oxumaq istəyirdi. Hazırda yeni mahnılarım çoxdur. Onların əksəriyyəti ilin hiti olacaq”.

Müğənni həmçinin deyib ki, media işçilərinə mahnı həsr edib. Bəstənin müəllifi Azər Şirin və Vüqar Camalzadədir.