Aygün Kazımova Brilliant Dadaşovaya elə sözlər dedi ki...

Aygün Kazımova Brilliant Dadaşovaya elə sözlər dedi ki...
6428 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşova arasındakı qalmaqal getdikcə daha da şiddətlənir.

Axşam.az-ın məlumatına görə, həmkarının “Facebook” profilində yazdığı statuslara əsəbiləşən Aygün xanım Brilliant Dadaşovaya cavab verib.

Xalq artisti “ATV” telekanalında yayımlanan “Onlar” verilişinə açıqlamasında Türkiyə şou-biznesinə ilk dəfə özünün qatılması ilə bağlı maraqlı faktlar ortaya çıxarıb.

Brilliant Dadaşovanın “Nümunə ola bilmək çox yaxşıdır. Nə yaxşı ki, məndən sonra müğənnilər mahnılarını Türkiyədə yazdırır” sözlərini Aygün Kazımova belə cavablandırıb:

“Çox təəssüf. Söhbət Brilliant xanımın Röya və mənim haqda yazdığı statuslardan gedir.
Brilliant xanım, Amerikadakı “Apple” mükafatının aqibəti necə oldu? Amerikada görəcəyim işlərlə bağlı xəbərlər yayıldı. Ardından Brilliant xanımın Nyu-Yorkda hansısa ödül mərasiminə qatılacağı deyildi. Nə oldu, niyə qatılmadı? Alınmadı? Dünya dağıldı? Brilliant xanım, sizə çox minnətdaram ki, sonunda öz üzünüzü göstərdiniz. O insan mənə qarşı heç nə etməyib. Amma mən ona qarşı həmişə yüz addım getmişəm. Siz söylədiniz ki, on beş ildir örnəksiniz, bizi, sizdən də artıq sözünü demiş sənətçiləri arxanızca aparırsınız. Bu söz mənə təsir etdi, sənətimə heç kəs toxuna bilməz. Kim ilkləri edib, ilk dəfə Türkiyə şou-biznesinə kim qatılıb sübutlarım var. Bunları tarix danışır.
Kütləni arxasınca aparan insanlar çox nadirdir. Brilliant xanım, təəssüflər olsun ki, siz toyxana səhnəsinə aparan sənətçisiniz. Böyük səhnələr, şoular, özünüz dediyiniz kimi sizə aid deyil. Siz arxanızca kütlə aparan müğənni deyilsiniz. Allah sizi belə doğurmayıb. Kütləni mən arxamca aparıram”.