Almaz Ələsgərova Alim Qasımovdan küsüb

Almaz Ələsgərova Alim Qasımovdan küsüb
998 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Almaz Ələsgərovanın xalq artisti Alim Qasımov ilə küsülü olduğu ortaya çıxıb.

Axşam.az-ın məlumatına görə, bunu “ATV” telekanalında yayımlanan “Necə varsa” verilişində müğənninin özü etiraf edib.

Onun verilişdə dediyi “Biz duet oxuyan vaxt Alim o qədər də məşhur deyildi. Alim Qasımovla “Səni axtara-axtara” adlı duetimiz olub. Daha sonra ikinci dueti “Dağların başı” mahnısına oxuyacaqdıq. Arada inciklik yarandı, Alim müəllim də bu mahnını Nailə Beydullayeva ilə oxudu” sözləri xalq artistinin təəccübünə səbəb olub.

Alim Qasımov “Onlar” verilişinə açıqlamasında isə Almaz xanımın küsməyindən xəbərsiz olduğunu deyib:

“Birlikdə duet oxuduq, sonra öz işimizin arxasınca getdik. İkinci duetin alınmamasının səbəbkarı Vaqif Gərayzadə olub. Şikayəti ona eləsin, mənə yox. Almaz deyir mən o vaxtlar məşhur deyildim. Amma həmin vaxt Alim Qasımov Azərbaycanda bir xanəndə kimi sözünü demişdi. Almazın özü o qədər də məşhur deyildi. Bu, o demək deyil ki, onla küsülü qalacam. Görüşəndə yenə də  salamımı verəcəm. Əgər inciyibsə, gərək zəng vurub sözünü deyərdi. Efir vasitəsilə danışmaq lazım deyildi".