Zamiq Abbasla küsülü olduğunu etiraf etdi - "Bunu unutmaram"

Zamiq Abbasla küsülü olduğunu etiraf etdi - "Bunu unutmaram"
1988 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Zamiq Hüseynov əməkdar artist Abbas Bağırovla küsülü olduqlarını etiraf edib.

Axşam.az-ın məlumatına görə, “Onlar”a danışan sənətçi incikliyin səbəbini açıqlamasa da, qarşı tərəfdən barışıq addımını gözlədiyini deyib:

“Abbasla uşaqlıqdan dostuq. Amma bundan sonra bilmirəm dost olacağıq, ya yox. Bir-birimizin evində olmuşuq. Arada inciklik var. Hər şey keçib gedir. Onun ailəsinə böyük hörmət bəsləyirəm. Mənim anam onun qabağına çay qoyub. Həmçinin onun anası... Bunu unutmaram. Aramızda bəzi məqamlar yaşandı. Qismət, görək necə olacaq. İkimiz də qız bürcündənik. Hər birimiz ilk addımı qarşı tərəfdən gözləyirik".

Şəxsi həyatından danışan Z.Hüseynov deyib ki, artıq sevmək istəyir:

“Sevgi böyük hissdir. Bu mənim yox, ürəyin əlindədir. Bilirəm ki, sevməyin vaxtıdır. Qismətdə nə varsa, yaşanacaq”.

Qeyd edək ki, A.Bağırov da açıqlamasında Z.Hüseynovdan küsdüyünü etiraf edib.  O, hətta Röyanın konserti zamanı səhnədə Zamiqlə yanyana gəlməmək istəyib.