"Bunu özüm edəcəkdim, Madonna məni qabaqladı" - Aygün

"Bunu özüm edəcəkdim, Madonna məni qabaqladı" - Aygün
9603 dəfə oxunub
  • A-
  • A
  • A+

“Madonnanın “Qremmi”dəki hərəkətini gördüm. Şəxsən mən bu addımı alqışlayıram. Əslində onu özüm edəcəkdim, amma Madonna məni qabaqladı. “Ya i tı” (“Mən və sən”) klipində bir az buna oxşar hərəkət etmişdim".

Axşam.az-ın məlumatına görə, bu sözləri “Onlar”a açıqlamasında xalq artisti Aygün Kazımova deyib.

O, Madonnanın 57-ci “Qremmi" mükafatının təqdimat mərasimində  ətəyini qaldırmasını dəstəkləyib.

A.Kazımova həmçinin geyimindən və  8 Martda Qəbələdə verəcəyi konsertə hazırlıqlardan danışıb:

“Ətək, boyunbağı və çəkmələrim modelyer Bessariona aiddir. Koftam isə öz qarderobumdandır. Qəbələdəki konsertə özəl geyim hazırlayırıq. Bessarionun hazırladığı paltara 200 metr parça istifadə olunub. Üzərində 15 dərzi çalışır. İndidən konsertdə necə görünəcəyimi təsəvvür edirəm. Hamının üzündə təəccüb yaranacaq".