"Yalandan deməyim ki, ərim öləndən sonra sevməmişəm"

"Yalandan deməyim ki, ərim öləndən sonra sevməmişəm"
3572 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Zöhrə Abdullayeva həyat yoldaşına sevgisindən bəhs edib.

Axşam.az-ın məlumatına görə, müğənni dünyasını dəyişmiş ərinin hind aktyoru Rac Kapura bənzədiyini deyib:

“Qadın ərini yola salanda pərdənin arxasından həsrətlə baxmadısa, həyat yoldaşı evdə olmayanda onun yastığını qucaqlayıb qoxlamadısa, orada sevgi yoxdur. İndikilər ərlə danışanda deyirlər, əcəb edirəm. Kişi ilə belə danışmaq olar? Mən o vaxt sevgimi deməyə utanırdım. Yoldaşım Rac Kapura oxşayırdı. 20 dəfə mənə elçi gəldilər. Ailəm vermirdi. Anam dedi ki, mən razı deyiləm, sənin fikrin nədir? Dedim, el adətindən niyə qaçırsınız?.. Çox qeyrətli və əzazil adam idi. Onun maşınının siqnalı gələndə mən əsirdim. Amma yalandan deməyim ki, ərim öləndən sonra sevməmişəm, müqəddəsəm. Sevəndə də abır-həya olmalıdır. Çıxıb efirdə bunu bəyan etmək olmaz. İndikilər efirdə deyirlər ki, mənim uşağımın atasını tapın. Bu, biabırçılıqdır”.