Həyat yoldaşı evə gec gəldiyinə görə Elnarəni döyüb

Həyat yoldaşı evə gec gəldiyinə görə Elnarəni döyüb
10644 dəfə oxunub
  • A-
  • A
  • A+

Xanəndə Elnarə Abdullayeva həyat yoldaşı tərəfindən döyülüb.

Axşam.az-ın məlumatına görə, bunu “A-dan Z-yə” verilişində sənətçinin əri Elxan özü açıqlayıb.
Onun sözlərinə görə, buna səbəb muğam ifaçısının evə gec gəlməsi olub.

E.Abdullayeva isə bir müddət əvvəl qalmaqal yaşadığı müğənni Xatirə İslamla münasibətlərinə aydınlıq gətirib. İfaçılar aralarında heç bir problemin yaşanmadığını, mehriban münasibətdə olduqlarını bildiriblər.

Bundan əlavə, verilişdə E.Abdullayevaya sürpriz hazırlanıb. Xanəndənin xəbəri olmadan oğlu studiyaya gətirilib. O, anasının “Oğluma müğənni qız almaram” sözlərinə qarşı çıxıb:

"Mən anamla razı deyiləm. Müğənnidən müğənniyə fərq var. Hər şey ola bilər. Ola bilsin ki, gələcəkdə sənətçi xanımla ailə qurdum".

Qeyd edək ki, veriliş Zaur Nəbioğlunun aparıcılığı ilə hər şənbə saat 22:00-da ANS-də təqdim olunur.