Cavid küsülü olduğu müğənniylə barışdı

Cavid küsülü olduğu müğənniylə barışdı
2725 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günay İbrahimli ilə aparıcı Cavid Gül barışıblar.

Axşam.az-ın məlumatına görə, sənətçinin ad gününə qatılan aparıcı “Onlar” kamerası qarşısına keçərək onunla bağlı fikirlərini bildirib:

“Arada soyuqluq ola bilər. Amma Günayın xətrini çox istəyirəm. Hər şey keçib getdi”.

G.İbrahimli isə “Aramızda inciklik var idi. Cavidi həmişə çox istəmişəm, onun səmimiyyətinə inanmışam. Müğənniliyə gəldiyim ilk vaxtlardan tanıdığım insandır. Məni səhnədə birinci təqdim edən də o olub”, - deyə qeyd edib.

Qeyd edək ki, Cavid Güllə Günayın küsülülüyünə səbəb “Kimdir nömrə 1?” yarışması olmuşdu. Belə ki, müğənni Cavidin aparıcılıq etdiyi yarışmanı gözlənilmədən yarımçıq tərk etmişdi.