Əməkdar artist həmkarını ağlatdı - fotolar

Əməkdar artist həmkarını ağlatdı -  fotolar
5098 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elşən Cəbrayılov həmkarı Mehriban Xanlarovanı ağladıb.

Axşam.az-ın məlumatına görə, “Yeri gəlmişkən” verilişinə zəng edən E.Cəbrayılov canlı yayımın qonağı olan aktrisanın şəxsi həyatından, peşmançılıqlarından danışıb:

“Mehriban gözəl insan, mərd qızdır. O, həyatda çox peşmançılıqlar yaşayıb. Mehribanın cavabsız sevgisi onu bu hala gətirib. O, indi həmin günlərindən danışa bilmir, ağlayır. Mehriban ailə həyatı quranda sevdiyi insan onun istəyinə cavab vermədi, pis vəziyyətdə atıb, getdi”.

Göz yaşlarını saxlaya bilməyən M.Xanlarova “Elşənlə biz ailə dostuyuq. Ən pis günlərimdə yanımda idi. Peşman olduğum anlarda mənə dəstək olub. Hər şeydən küsmüşdüm – sənətimdən, həyatdan. Elşən əlimdən tutub, ayağa qaldırdı” - deyə, bildirib.