"Eurovision" təmsilçimiz Gürcüstanda (Fotolar)

"Eurovision" təmsilçimiz Gürcüstanda (Fotolar)
1557 dəfə oxunub
  • A-
  • A
  • A+

“Eurovision” təmsilçimiz Fərid Məmmədov Avropa promo-tur çərçivəsində Gürcüstana gedib.

Axşam.az-ın məlumatına görə, radio və televiziya verilişlərinə qonaq olan Fərid müsabiqədə ifa edəcəyi “Hold me” bəstəsi ilə bağlı xoş sözlər eşidib.

Gənc ifaçı Gürcüstanın “Eurovision” təmsilçiləri Nodi Tatişvili və Sofie Gelovani ilə də görüşüb.
Onlar müsabiqədə səsləndirəcəkləri mahnılar ətrafında maraqlı müzakirələr aparıblar.

Fəridin Gürcüstan səfərindən fotolar təqdim edirik.