“Bakı lifləri: şəhərin portreti” sərgisi

“Bakı lifləri: şəhərin portreti” sərgisi
223 dəfə oxunub
  • A-
  • A
  • A+

Sərgiyə giriş sərbəstdir.

“YARAT” Müasir İncəsənət Məkanı FARE-nin (Milan, İtaliya) əməkdaşlığı ilə birgə həyata keçirdikləri Art-rezident layihəsi çərçivəsində “YARAT”ın Art-rezident qonağı olan italiyalı rəssam Paola Anzichenin Bakıda yaratdığı əsərin təqdimatı olacaq.

Təqdimat fevralın 12-də "Kiçik QalArt" Qalereyasında keçiriləcək. Mərasimdə rəssam sərgidə nümayiş etdirilən əsərindən söz açacaq, yaradıcılıq yolunun bəzi səhifələri barədə və gələcək planlarından danışacaq. Həmçinin Bakıda art-rezident olmağı barədə şəxsi təəssüratını paylaşacaq.

Rəssam, boş bir məkanda ənənəvi tekstil parçalarından və şəhərin memarlıq kompozisiyalarından götürülmüş elementlərdən istifadə edərək, Bakının qeyri-adi portretini yaratmağa çalışır. Qalereyanın genişliyindən istifadə edərək, Paola ənənəvi yerli parçalar, eləcə də şəhərin memarlıq xüsusiyyətləri kimi bir neçə elementləri özündə birləşdirən qeyri-adi Bakı portreti yaratmaq niyyətindədir. Sərginin adı onun Bakıda olarkən istifadə etdiyi yanaşma tərzini əks etdirir. O, Azərbaycanın mədəni irsi ilə sıx bağlı olan yun daxil olmaqla, buradakı yerli lifləri araşdırıb. Bakıda olduğu müddətdə onun ideyaları zənginləşib təkamül etdikcə bu, xəyali heykəllər əvvəlcə onun təxəyyülündə, daha sonra isə real həyatda formalaşmağa başladı. "Bakı lifləri: şəhərin portreti" Paolanın şəxsi, mədəni təcrübəsinə xitab edən və bu şəhərdə tanış olduğu insanları əks etdirən kəşfiyyat portretidir.

Fevralın 19-dək nümayiş etdiriləcək sərgiyə giriş sərbəstdir.