Marqret Aykerin “Təsvirlər quruluşu” adlı fərdi sərgisi

Marqret Aykerin “Təsvirlər quruluşu” adlı fərdi sərgisi
287 dəfə oxunub
  • A-
  • A
  • A+

Giriş sərbəstdir. Bazar ertəsi istisna olmaqla hər gün saat 12:00-20:00.

Yay Qalereyası almaniyalı rəssam Marqret Aykerin “Təsvirlər quruluşu” adlı fərdi sərgisini təqdim edir.

Marqret Ayker qobelen sənəti üzrə ixtisaslaşan almaniyalı konseptual rəssamdır. O, informasiya əsrimizdə geniş yayılmış və hamıya tanış olan obrazları barokko obrazları ilə birləşdirən iri qobelenlərin müəllifi kimi məşhurdur. Onun qobelenləri, əsasən, çap və elektron formatda mövcud olan foto-jurnalizm və reklam obrazlarını əks etdirirlər. Müasir informasiya cəmiyyətimizin nişanələri müxtəlif mənbələrdən götürülmüş obrazların konseptual oturuşa gətirilmiş piratlığı kimi həmin əsərlərdə təsvir edilirlər. Marqret Aykerin əsərləri yalnız ona xas olan tərzdə müasirliklə klassik irsin simbiozunu, sintezini, vəhdətini təqdim edirlər. Bu cəhət onun qobelenlərini bu gün olduqca yerinə düşən edir.