Şirin Neşatın "Gözlərimin evi” sərgisi

Şirin Neşatın "Gözlərimin evi” sərgisi
496 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 24-də YARAT Müasir İncəsənət Mərkəzinin açılış mərasimində “Şirin Neşat: Gözlərimin evi” adlı sərgi təqdim ediləcək.

Sərginin diqqət mərkəzində - İran əsilli rəssamın Azərbaycanda ərsəyə gətirdiyi yeni əsərlər durur. Sərgidə Şirin Neşatın əvvəlki işlərindən də ikisi yer alacaq. Bunlar sənətkarın yaradıcılıq yolunu köklü surətdə müəyyən etmiş "Monoloq" (1999) və "Keçid" (2001) video-instalyasiyalarıdır. Sərginin Bakıya gətirilməsini kurator Dina Nasser-Xadivi təmin edib.

Şirin Neşatın “Gözlərimin Evi” (2015) adlı foto-silsiləsinin yaranması müəllifin portret janrına artan marağından irəli gəlib. O, 2014-cü ildə Azərbaycanda olarkən 50-dən çox adamın foto-portretini çəkib. Ölkəmizin müxtəlif bölgələrini təmsil edən bu insanlar 2-80 yaş arası olub. Çəkiliş zamanı Şirin Neşat həmin adamlara onların doğma ocaq və mədəni kimlik anlayışlarına dair bir sıra suallar verib. Cavablar xəttatlıq üsuluyla hər kəsin öz portreti üzərinə yazılıb.

“Gözlərimin Evi” silsiləsi elə monumental bir instalyasiya olub ki, onu təşkil edən əsərlər YARAT Müasir İncəsənət Mərkəzinin zallarından birində hündürlüyü 11 metr olan divarlarının ikisini tamamilə tutub.