İradə valideynlərə səsləndi

İradə valideynlərə səsləndi
2728 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İradə İbrahimova valideynlərə səslənib.

Axşam.az-ın məlumatına görə, türkiyəli 20 yaşlı tələbə qız Özgəcan Aslanın zorlanaraq qətlə yetirilməsi hadisəsindən təsirlənən sənətçi təəssüratlarını bölüşüb:

“Qadın cəmiyyətə istiqamət verəndir. O cinayətkarları bəsləyən, böyüdən, amma yetişdirə bilməyən ailələrimizə səslənirəm: övladınızın tərbiyəsində buraxdığınız bir səhv, baxın nə cür cinayətlərə səbəb olur. Oturub kompüter arxasında insanları təhqir etməklə az vaxt keçirin. Övladınız varsa, onun, yoxdursa, öz tərbiyənizlə məşğul olun”.