“Eurovision-2013”ün milli seçim turları davam edir

“Eurovision-2013”ün milli seçim turları davam edir
1527 dəfə oxunub
  • A-
  • A
  • A+

Həftə içi hər gün  müəyyən olunmuş həftələrdə çıxış edəcək namizədlər öz performanslarını nümayiş etdirəcəklər

Bu ilin, mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşdirilməsi məqsədi ilə milli seçim turu davam edir.

Yanvarın 7-dən başlayaraq həftə ərzində İctimai Televiziyanın canlı efirində “Eurovision-2013”-də Azərbaycan təmsil etmək arzusunda olan daha 9 iştirakçı özünü seçimlərdə sınayacaq. Qeyd edək ki, milli seçimlərin üçüncü həftəsi olan bu mərhələ 8 həftə davam edəcəkdi.

“Eurovision-2013”-ün milli seçim turunun bu gündən başlayan üçüncü həftəsinin 9 iştirakçısının adı məlumdu. Bunlar “Avantage” qrupu, Fərəh Hadıyeva, Məhrəm Qurbanzadə, Zəka Zeynalov, Adil Baxışlı, Ülviyyə Baxışova, Oksana Rzayeva, Elton İbrahimov və Vüqar Əliyevdi.

İştirakçılar bazar ertəsi “Eurovision” hitlərinə, çərşənbə axşamı Azərbaycan estradasına, çərşənbə dünya hitlərinə, cümə axşamı səhnə şousuna müraciət edəcəklər. Cümə günü isə sərbəst gün hesab edilir. İştirakçı ilk dörd gün ifa etdiyi mahnılardan birini həmin gün yenə oxumaq şansına malikdi.

Hər il olduğu kimi, bu il də mərhələlər eyni qaydada həyata keçirilir. Cümə günü isə beş günün qalibi müəyyənləşdiriləcək.

Həftənin qalibi həm münsiflər heyəti, həm də tamaşaçı səsverməsi ilə müəyyənləşdiriləcək.

Mənbə:baku-art.az