Xalq artisti tələbələri ilə birlikdə konsert verəcək

Xalq artisti tələbələri ilə birlikdə konsert verəcək
1972 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 6-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Nəzakət Teymurovanın rəhbərliyi ilə tələbələrinin solo konserti keçiriləcək.

Xanəndənin  verdiyi məlumata görə, konsert Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Konsert haqqında açıqlama verən Nəzakət Teymurova bu konsertə uzun müddət hazırlaşdıqlarını və repertuara o qədər də çox oxunmayan muğamları, təsnifləri daxil etdiyini deyib. Konsertdə Vüsalə Musayeva, Gülnar İsayeva, Gültəkin Məmmədova, Zeyqəm Əhmədov, Əhəd Yaqub, Nuranə Şıxəliyeva, Elmir Əsgərov, Ruhanə Aslanlı, Kəmalə Nəsibova, Maqsud Cəmilov, Zəranə Yusifova və Ülvi Yunisli Nəzakət Teymurova ilə eyni səhnəni paylaşacaqlar. İfaçıları səhnədə Əməkdar artist Əliağa Sədiyevin rəhbərliyilə “Xarı bülbül” ansamblı müşaiyət edəcək.

Mənbə: Qafqazinfo.az