"Axşam Səfası" Bakıda konsert verdi

"Axşam Səfası" Bakıda konsert verdi
969 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 1-də “TRT  Müzik” kanalının məşhur xor ansamblı "Axşam Səfası" Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib. 

Konsert TRT-nin yaranmasının 49-cu ildönümü və Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyi, "İstanbul Shopping Fest"in maliyyə dəstəyi ilə baş tutan konsertdə ilk öncə səhnəyə xalq artisti Alim Qasımov və qızı əməkdar artist Fərqanə Qasımova çıxıb.

Daha sonra “Axşam Səfası” ansamblının 10 sənətçisi 25 nəfərlik orkestrin müşayiəti ilə türk sənət, türk xalq, pop musiqisi nümunələriylə yanaşı Azərbaycan mahnılarını ifa edib.

Konsert Proqramı Azərbaycanda yaşayan türkiyəli opera sənətçisi Oya Ergün və əməkdar artist Tünzalə Ağayevanın çıxışı ilə davam edib.

Konsertdə Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev, TRT-nin baş direktoru İbrahim Şahin, siyasət, incəsənət, ədəbiyyat, media nümayəndələri, Azərbaycan və Türkiyə vətəndaşları iştirak edib.

Qeyd edək ki, konsert proqramı TRT Avaz, TRT Müzik və İctimai Televiziya ilə canlı yayımlanıb.

APA