Acunun hamıdan gizlədiyi sevgilisi hamilədir

Acunun hamıdan gizlədiyi sevgilisi hamilədir
2824 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli teleaparıcı Acun Ilıcalı dördüncü dəfə ata olacaq.

Axşam.az-ın məlumatına görə, Ilıcalının beş ildir gizlicə eşq yaşadığı sevgilisi Seyma Subaşı üç aylıq hamilədir.

Xatırladaq ki, üç qız övlad atası olan Acunun on illik həyat yoldaşı Zeynəb Ilıcalı hələ 2010-cu ildə xəyanətə uğradığını iddia edərək boşanmaq üçün məhkəməyə müraciət etmişdi. O, Ilıcalıdan 50 milyon türk lirəsi (təxminən 25 milyon manat) olan sərvətinin yarısını və aylıq olaraq 30 min lirə (15 min azn) təzminat istəmişdi.

Daha sonra fikrindən daşınan Zeynəb iddiasını geri götürmüşdü.

Onun bu hadisəyə necə reaksiya verəcəyi böyük maraq doğurur.