2013-cü ilin çiyni açıq paltar modelləri

2013-cü ilin çiyni açıq paltar modelləri
17113 dəfə oxunub
  • A-
  • A
  • A+

Gözəlliyi, fərqliliyi və rahatlılığı ilə xanımlara xüsusi cazibə verən çiyni açıq paltarlar bu il də dəbdə olacaq.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, çiyni açıq görünən belə paltarları həm gecə ziyafətlərində, həm də gündəlik olaraq geymək olar. Gündəlik olaraq geyinilən belə paltarlar muncuqla işlənməsi və parlaqlılığı ilə ətrafınızdakıların diqqətini sizə cəlb edəcək. Gecə ziyafətlərində isə hər cür istəyə uyğun bu cür modellər əldə edə bilərsiniz.


Bəstəboy xanımlar da bu cür geyimləri seçməklə daha hündür görünüşə sahib ola bilərlər. Nazik ipləri və qolsuz olması ilə diqqət çəkən çiyni açıq paltarlar son illərin ən dəbdə olan modellərindən biri hesab edilir.  2013-cü ildə də bu cür modellər  xanımların diqqətindən kənarda qalmayacaq. Beli kəmərli olan çiyni açıq paltarlarla daha cazibədar görünüşə sahib ola biləcəksiniz.

Nigar Məhərrəm