Bu da Zorikin yeni klipi

Bu da Zorikin yeni klipi
1690 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nadir Qafarzadə uzun müddətdir çəkdirdiyi “Sənsiz ölərəm” adlı klipinə nəhayət ki, qovuşub.

Axşam.az-ın məlumatına görə, klip Türkiyənin məşhur “Ceyhan” şirkətində montaj edilib.

Rejissor Zöhrab Ağayev klipin fərqli layihə olduğunu deyib:

“Sənsiz ölərəm” mahnısının sözləri Rabilə, musiqisi Ruslan Səfəroğluna aiddir. Klipi 7 ay bundan əvvəl çəkmişəm. Təqdimata bir qədər gecikdik. İstəyirdik ki, havalar düzəlsin. Klipin xüsusi treylerin də hazırlamışıq. Ekran işi türk telekanallarında da yayımlanacaq”.

Qeyd edək ki, bu, Nadir Qafarzadə ilə Zorikin üçüncü işbirliyidir.