"Bunu Aygün Bəylər məsləhət gördü"

"Bunu Aygün Bəylər məsləhət gördü"
1036 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Ramal şou-biznesdən uzaqlaşıb ciddi işlərlə məşğul olacaq.

Bu haqda Axşam.az-a açıqlamasında sənətçinin özü deyib.

Ramal bildirib ki, təhsil almaq üçün yaradıcılığına ara verəcək:

“Şou-biznesin qalmaqalından, əyləncəsindən uzaq durmaq qərarına gəlmişəm. Bunu mənə əməkdar artist Aygün Bəylər məsləhət görüb. Bundan sonra ancaq ciddi işlərlə məşğul olacağam. Böyük əsərlər bəstələmək qərarına gəlmişəm. Oxuyub biliyimi artırmağa çalışıram. İki-üç ilimi yalnız təhsilə sərf edəcəm”.