Brilliant Dadaşova həmkarlarına qarğa dedi

Brilliant Dadaşova həmkarlarına qarğa dedi
1676 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Brilliant Dadaşova “Facebook” sosial şəbəkəsində yeni status yazıb.

Axşam.az-ın məlumatına görə, dünən xalq artistləri Faiq Ağayev və Aygün Kazımovanın onun haqqında dediyi sözlərə sənətçidən cavab gəlib.

O, profilində arxasınca danışanları qarğa adlandırıb:
Həmin statusu olduğu kimi təqdim edirik:

“Əziz Fb dostlarım. Son vaxtlar sən demə, ürəyi çoxdan dolu olan qarğa-quzğun bir yerə toplaşıb, o ki var arxamca cüyüldüyüblər. Yaxşı ki, mənim həyat tərzim, dünyaya baxışım, bu balaca , təmiz, saf balalarımızın gözlərində və təbəssümündə öz əksini tapır”.