Bakıda türkiyəli musiqiçilərin konserti oldu

Bakıda türkiyəli musiqiçilərin konserti oldu
1255 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 3-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “Səda” Tədris Teatrında türkiyəli musiqiçilər Sonat və Özgün Coşkunər qardaşlarının konserti olub.

Axşam.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, konsert Türkiyə və Azərbaycan arasında mədəni əlaqələrin genişləndirilməsi məqsədilə təmənnasız olaraq keçirilib.

Konsert proqramında türk, Avropa bəstəkarlarının əsərləri ilə yanaşı, tanınmış bəstəkarımız Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən parçalar və Azərbaycan xalq mahnısı səsləndirilib.

Piano və skripkada ifa edən Coşkunər qardaşları Fransa, İngiltərə, Portuqaliya, Sloveniya, Polşa və digər Avropa ölkələrində konsert proqramları ilə çıxış ediblər. Musiqiçi ailəsində doğulan Sonat və Özgün Coşkunər qardaşlarının hər ikisi Samsun Dövlət Opera və Balet Teatrında və Samsun On Doqquz May Universiteti Dövlət Konservatoriyasında çalışır.