Nərgiz Paşayevanın qızı sərgi keçirdi (Fotolar)

Nərgiz Paşayevanın qızı sərgi keçirdi  (Fotolar)
3715 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və YARAT! Müasir İncəsənət Məkanı Heydər Əliyevin 90 illik yubileyi münasibətilə birgə sərgi təşkil edib.

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə Dövlət Agentliyinin Sədri İnam Kərimov, YARAT! Müasir İncəsənət Məkanının rəhbəri Aidə Mahmudova və kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov açılış nitqi ilə çıxış ediblər.

Natiqlər “ASAN xidmət” mərkəzində yaradılmış şəraitdən bəhs etmiş və sərgiyə yüksək qiymət veriblər. Sərgidə Fərid Rəsulov, Faiq Əhməd və Çingiz Babayevin əsərləri "ASAN xidmət" mərkəzinin xidmətlərindən faydalanan çox saylı vətəndaşlara təqdim olunacaq.