Teatrın kollektivi Türkiyədə beynəlxalq festivala qatılacaq

Teatrın kollektivi Türkiyədə beynəlxalq festivala qatılacaq
689 dəfə oxunub
  • A-
  • A
  • A+
Daim maraqlı repertuar sərgiləyən, beynəlxalq festivallarda iştirak edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı daha bir səfərə hazırlaşır.

Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ADGTT yaxın günlərdə növbəti Beynəlxalq Teatr Festivalına qatılmaq üçün dəvət almışdır.

Yaradıcı kollektiv mayın 12-dən 19-dək Türkiyənin Dənizli şəhərində keçiriləcək Beynəlxalq teatr festivalında iştirak etmək üçün qardaş ölkəyə gedəcəkdir.

Teatr həmin festivalda tanınmış alman yazıçısı Patrik Züskindin psixoloji dram janrında hazırlanmış “Kontrabas” adlı monotamaşası ilə çıxış edəcəkdir.

Tamaşada kontrabasçı rolunu Əməkdar Artist Şövqi Hüseynov ifa edir.
Həmin tamaşa bu ilin aprel ayında Kolombo II Beynəlxalq teatr festivalında nümayiş olunmuş və festivalın əsas mükafatına layiq görülmüşdür.