İlhamə: "50 yaşı olan zümrüd daş almışam" - fotolar

İlhamə: "50 yaşı olan zümrüd daş almışam" -  fotolar
3668 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İlhamə Qasımova tədbirlərin birində fotokameramıza tuş gəlib.

Axşam.az-ın məlumatına görə, ifaçı böyük aksessuarları ilə diqqət çəkib.

İ.Qasımova əməkdaşımızla söhbətində bəzək əşyalarını çox sevdiyini bildirib:

“Balaca sırğalar mənə yaraşmır. Bəxtimdən bu il böyük aksessuarlar dəbdədir. Hansı ölkəyə gedirəmsə, oradan bijuteriyalar alıram. Qızıl, brilyant da çox sevirəm. Amma fərqli olmalıdır. İtalyan modeli olan aksessuarları daha çox xoşlayıram. Orada həm də ucuz olur. Bu yay İtaliyada tanınmış brendin üzüyünü 100 avroya aldım, Fransada onu 450 avroya gördüm. Bəzən bəyəndiyim bir bijuteriyanın qızılını belə düzəltdirdiyim olub. Hindistan səfərində də özümə çoxlu aksessuarlar aldım. Hətta 50 yaşı olan bir yaşıl daş - zümrüd götürdüm. Çox maraqlı və gözəldir”.