"Atamla aramda 45 yaş fərq var"

"Atamla aramda 45 yaş fərq var"
3715 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni-bəstəkar Murad Arif arxiv fotolarını yayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi atası ilə aralarında 45 yaş fərq olduğunu qeyd edib:

“Sumqayıtın hörmətli ziyalılarından biri, atam Arif müəllim və mən. Aramızda 45 il yaş fərqi var. Buna görə də hər kəs elə bilirdi ki, babamdır. Sonradan öyrəndim ki, yaşlı valideynlərin övladları müdrik olur”.

M.Arif daha sonra “Uşaqlıqdan çox eqoistəm. Özümdən başqa kadrda olan hər kəsin üzünü yazırdım. İndi də belə edirəm. Yaşasın mən” deyə, əlavə edib.

Sənətçi eyni zamanda bacısı, aparıcı Könül Arifqızı ilə 1997-ci ildə çəkdirdiyi fotosunu da paylaşıb.