"Elzadan qat-qat az qazanırıq" - "Bu şəhərdə"nin ssenaristi

"Elzadan qat-qat az qazanırıq" -  "Bu şəhərdə"nin ssenaristi
4234 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bu şəhərdə” komandasının üzvləri Rəfael İsgəndərov və Cosqun Rəhimov əməkdar artist Elza Seyidcahanın “ən bahalı aktyor” sözlərinə cavab verib.

Axşam.az-ın məlumatına görə, aktyorlar “Onlar”a açıqlamasında bu iddianın əsassız olduğunu bildiriblər.

Ssenarist Müşfiq Abbasov E.Seyidcahandan az qazandıqlarını deyib:

“Biz ildə iki dəfə konsert veririk, tək gəlirimiz ordandır. Elza il boyu toya gedir. Bizim gəlirimiz onun toydan qazandıqlarından qat-qat azdır”.

Qeyd edək ki, E.Seyidcahan açıqlamasında Coşqun və Rəfaelin ölkənin ən varlı aktyorları olduğunu iddia etmişdi.