Olimpiya çempionumuz rəis təyin olundu

Olimpiya çempionumuz rəis təyin olundu
2244 dəfə oxunub
  • A-
  • A
  • A+
Stend atıcılığı üzrə Olimpiya çempionu Zemfira Meftahətdinova Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinə rəis təyin olunub.

Axşam.az-ın Report-a istinadən məlumatına görə, bununla bağlı müvafiq əmri daxili işlər naziri Ramil Usubov imzalayıb.

Bu təyinatla yanaşı, qadın atıcı I Avropa Oyunlarında da çıxış etmək niyyətindədir.

Qeyd edək ki, Zemfira Meftahətdinova 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. O,1994-cü ildən polis orqanlarında işləyir, polis polkovnik-leytenantıdır.

Onu da qeyd edək ki, Z.Meftahətdinova daha əvvəl cəmiyyətdə tədris-idman şöbəsinin rəisi vəzifəsində çalışırdı.