“Şeron” qrupunda ayrılıq

“Şeron” qrupunda ayrılıq
2002 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nicat Rəhimov solisti olduğu “Şeron” qrupunu tərk edib.

Bu haqda Axşam.az-a ifaçı özü xəbər verib.

O, qrupun rəhbəri Rüstəm Zeynallı ilə yollarını ayırmasının səbəbini açıqlayıb:

“7 ildir “Şeron” qrupunun solistiyəm. Son bir neçə aydır solo ifaya başlamaq qərarı verdim. Qrupda olarkən irəli gedə bilmirsən, məhdudiyyətlər olur. İstədiyin mahnını səsləndirməyə, libası geyinməyə icazə verilmir. Gərək kostyumun, oxuduğun mahnı qrupun dörd üzvünə də uyğun gəlsin. Bir sözlə insan yerində sayır. Qrupdan qalmaqalla uzaqlaşmadım. Uzun illərdir dostluq etdiyim, müəllimim olan Rüstəmin halallığını aldım. İndi də dostluq münasibətimiz qalır. Onun sənətimdəki əməyini itirmərəm. Hər bir gənc ifaçı Rüstəm kimi bir istedadlı musiqiçinin yanında çalışmaq arzusundadır".

N.Rəhimov solo ifaçı kimi fəaliyyət göstərməkdən qorxmadığını da deyib:

“Mənim müəllimlərim əməkdar artist Teymur Əmrah, xalq artisti Samir Cəfərov olub. Onlardan dərs alıb, musiqi sənətinə yiyələnmişəm. Tək ifadan qorxmuram. İstedadıma, səsimə güvənirəm. Hazırda bir neçə yeni mahnı üzərində çalışıram. Hamısı da bir-birindən maraqlı. Dinləyicilərin bəyənəcəyinə əminəm”.