Natavandan Röyaya cavab: "Mənə belə təklif gəlməyib"

Natavandan Röyaya cavab: "Mənə belə təklif gəlməyib"
4947 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Röya Ayxanın “W-trio” qrupunun köhnə solistləri ilə yenidən birləşib, konsert vermək istəyinə həmkarı Natavan Həbibidən cavab gəlib.

Axşam.az-ın məlumatına görə, sənətçinin “Mən həmişə Elnarə Xəlilova və Natavan Həbibi ilə birləşib, nəsə etmək istəmişəm. Onlara qarşı addım atdım. Qızlardan cavab gəlmədi. Bir dəfə zəng edib desinlər ki, Röya belə layihə var, bunu gerçəkləşdirək” sözlərini N.Həbibi yalan çıxarıb.

Sənətçi “Gün üzü” verilişində heç vaxt belə təklif almadığını deyib:

“Mənə belə təklif gəlməyib. Bir dəfə illər əvvəl Röyanın konsertində birləşmişdik. Ondan sonra bu haqda söhbət olmayıb. İsa Məlikovun bir fikri var idi, bizi bir araya gətirmək istəyirdi. O da qaldı. İndi müğənnilərdə qəribə bir eqoistlik var. Səhnədəki ilk addımlarımızı Vaqif Gərayzadənin qrupunda atdıq. O vaxtlar aramızda iddia yox idi. Musiqini sevirdik. Şəxsən məni ancaq oxumaq maraqlandırırdı. İndi solo fəaliyyət göstərən bir müğənni başqası ilə birləşə bilməz. Böyük problemlər yaranacaq. Çünki paxıllıq özünü göstərəcək”.