Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
1585 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakıda və Abşeron yarımadasında martın 14-də hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti olacaq.

Rayonlarda sabah hava şəraiti əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman olacağı gözlənilir. Gecə və axşam əsasən şimal və qərb rayonlarında hava şəraitinin yağıntılı olacağı ehtimalı var. Arabir güclənək qərb küləyi əsəcək. Gecə 0-5, gündüz 13-18 dərəcə isti olacaq.

Dağlıq rayonlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcə qədər isti olacaq. Gündüz isə 7-12 dərəcə, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.