"Açıq-saçıqlığa yol vermirəm" - Vüsalə Əlizadə

"Açıq-saçıqlığa yol vermirəm" -  Vüsalə Əlizadə
7518 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Vüsalə Əlizadə komplekslərindən danışıb.

Axşam.az-ın məlumatına görə, aparıcı küçədə tək gəzə bilmədiyini deyib:

“Küçədə tək gəzəndə ayağım ayağıma dolaşır. Yanımda mütləq kimsə olmalıdır. Yolla gedəndə kimsə tanıyır, söz atır, nəsə deyir, kompleksə girirəm. Məni bəyənən yaxınlaşıb, nəsə deyərsə, ünsiyyət qurarsa, daha səmimi olaram. Alış-verişə də tək getmirəm, rəfiqələrim yanımda olmalıdır. Libaslarımı öz zövqümlə seçirəm. Bəzi hallarda isə kompleksizəm. Məsələn, bir libası başqasında görürəmsə, mənim üçün əhəmiyyəti yoxdur. Mənə fərqli yaraşır. Bir də açıq libaslara qarşı kompleksim var. Efirdə çox da açıq-saçıqlığa yol vermirəm. Əgər qısa ətək geyinirəmsə, kofta bağlı olmalıdır. Böyük səhnədə libasın yarığı, dekoltesi o qədər də diqqət çəkmir. Efirdə tamaşaçı qarşısında çox qabarıq görünür”.

V.Əlizadə yeni verilişindən də bəhs edib:

“ATV-də yayıma başlayacaq “Qadına görə” verilişimdə stilistlə çalışacam. Amma seçilən libasa nəzarət edəcəm. Mən nə gəldi geyinim, efirə çıxım edə bilmərəm. APA TV-dəki verilişim də paralel davam edəcək. Həftə içi beş gün “Səhər zəngi” ilə tamaşaçıların görüşünə gələcəm”.

Foto: Ramin ASLANOV